VIII a sinfində riyaziyyatdan açıq dərs keçirilib

Məktəbin illik "Fəaliyyət planı" na uyğun olaraq "Riyaziyyat aylığı" davam etdirilir."Riyaziyyat aylığı" çərçivəsində növbəti açıq dərsi məktəbin informatika və riyaziyyat müəllimi, təcrübəli müəllim, həm də VIII asinfinin sinif rəhbəri Aygün Babayevanın "Birdəyişənli xətti bərabərsizliklərin həlli" mövzusunda keçirdiyi açıq dərs oldu.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və bir qrup müəllim iştirak etdi.Dərs zamanı şagirdlər yeni mövzunun açılması üçün fərdi olaraq araşdırma apardılar.Onların bu zaman aldıqları nəticələr müzakirə olundu.Şagirdlər bərabərsizlikləri həll etmək üçün ədədi bərabərsizliklərin xassələrinə əsaslanan təkliflər irəli sürdülər.Daha sonra Promethan lövhədə, işçi vərəqlərində qrup şəklində sadədən mürəkkəbə doğru birdəyişənli bərabərsizlikləri həll edib, təqdimat etdilər.Dərs müəllim tərəfindən ümumiləşdirilərək şagirdlərin diqqətinə çatdırıldı.Sonda isə şagirdlər mobil telefon vasitəsilə Promethan lövhədə əks olunmuş müəllimin internet resursu olan "Kahoot"-da hazırladığı test tapşırıqlarını qrup şəklində böyük həvəslə və cəld cavablandırdılar."Pifaqorçu" qrupu bu test yarışmasında qalib oldu.Biz də məktəb rəhbərliyi olaraq Aygün Babayevaya və VIII a sinif şagirdlərinə uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi