Əmir Teymur haqqında dəyirmi masa

Məktəbimizin kitabxanasında türk dünyasının ən böyük fatehi Əmir Teymurun doğum günü ilə əlaqədar masa təşkil olunub. Masada kitabxana müdiri Şəhla Rəsulova, tarix müəllimi Samir Məmmədov, laborant Aynur Hümbətova və şagirdlər iştirak ediblər.
Samir müəllim türk dünyasının ən böyük, cəsarətli və maraqlı imperatorlarından biri olmuş Əmir Teymur haqqında geniş məlumat verib.
Əmir Teymur dahi sərkərdə, eyni zamanda elmə, incəsənətə, islam dininə hörməti ilə yadda qalmışdır. Əmir Teymur haqqında geniş məlumat şagirdlərin marağına səbəb olub.