Nailiyyətlərimiz

Müəllimimizin növbəti nailiyyətiMəktəbin təsviri incəsənət müəllimi Məmmədova Rəxşəndə "Pətək" yeni nəslin tərbiyəsi ictimai birliyi tərəfindən müsabiqə-sərgidə fərqləndiyinə görə mükafatlandırılmışdır.

Məntiq olimpiadasının final mərhələsi2015-2016-cı tədris ilində məktəblilərin 5 və 6-cı sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası” təşkil olunmuşdur.6-cı sinif şagirdi Abdullayev Hüseyn Elnur oğlu “Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası”nın final mərhələsində iştirakına görə sertifikatla təltif olunmuşdur.Hüseyni təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Şagirdimiz uğur qazandıÜmumdünya Poçt İttifaqının təşkilatçılığı ilə " Azərpoçt" MMC tərəfindən təşkil olunan inşa müsabiqəsində məktəbimizin altıncı sinif şagirdi Xudiyeva Nigar Ramazan qızı 3-cü yerə layiq görülmüşdür. 25.05.2016-cı il tarixində şagirdimizin mükafatlandırma mərasimi baş tutdu. Tədbirdə "Azərpoçt" un rəsmi nümayəndələri , Puta qəsəbə bələdiyyəsinin sədri , məktəb kollektivi iştirak etdi. Xudiyeva Nigar Fəxri diplom və pul mükafatı ilə təltif edildi. Bir daha şagirdimizi qalib gəlməsi münasibəti ilə təbrik edirik.Hər bir şagirdin uğuru müəllimin və məktəbin uğurudur. Uğurlarınız davamlı olsun.

HAQQIMIZDA

Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəb 1930-cu ildə Qaradağ rayonu Puta qəsəbəsində tikilərək istifadəyə verilib. 1 korpusdan ibarətdir və 3 mərtəbəli...

BİZİM FƏXRLƏRİMİZ

Zəhra Məmmədrzayeva Zaur

Vüsal Xəlilov Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi