HAQQIMIZDA

Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəb 1930-cu ildə Qaradağ rayonu Puta qəsəbəsində tikilərək istifadəyə verilib. 1 korpusdan ibarətdir və 3 mərtəbəlidir. Ərazisinin ümumi sahəsi 6 544 kvadrat metrdir. Məktəb fərdi istilik sistemi ilə təchiz olunub. Dövlət Proqramı çərçivəsində məktəb 2012-ci ildə əsaslı təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib. 184 nömrəli tam orta məktəb şəhid Kamran Yaqubovun adını daşıyır. Məktəbdə təlim dili-Azərbaycan dilidir. Xarici dil olaraq ingilis və rus dilləri tədris edilir. 300 şagird üçün nəzərdə tutulub. Hazırda məktəbdə məktəbəhazırlıq qrupu ilə birlikdə 592 şagird təhsil alır. 2016-2017-ci tədris ilindən məktəbdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. 184 nömrəli tam orta məktəb iki növbəlidir və 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə 17 sinif otağı, kimya, fizika labratoriyası, informatika kabineti, akt zalı, idman zalı, tibb kabineti və hərbi kabinet, iki ədəd "Promethean Aktivİnspare" ağıllı lövhə də şagirdlərin istifadəsinə verilib. 37 pedaqoji, 17 texniki heyət olmaqla məktəbdə 54 nəfər işləyir. Tədrisin keyfiyyətini artırmaq məqsədilə hər ay məktəbdə fənn aylıqları, bilik yarışları, monitorinqlər, "Açıq dərslər" keçirilir. Məktəbimizdə bütün tarixi günlər və tədbirlər yüksək səviyyədə qeyd olunur. Məktəbin həyətində Bayraq Meydanı inşa edilib. Məktəbimiz “Gələcəyini Qur” Gəncliyə dəstək layihəsi, “İcmalar üçün ingilis dili” layihəsi, “Ekoloji aylıqlar” layihəsi, “Məktəblilərin Təhsil Müzakirələri” debat klubları layihəsinə qoşulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi