FƏXRİMİZ

       Kamran  Novruz oğlu Yaqubov 1974-cü il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1981-ci ilin sentyabr ayında 184 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə oxuduğu müddətdə hər zaman ərzində nizam-intizamı ilə seçilib. 1992-ci  ildə 184  nömrəli tam orta məktəbin  XI sinfi bitirib. Qaradağ rayonundan hərbi xidmətə çağırılıb. Abşeron rayonundakı  hərbi hissədə bir müddət  hərbi xidmət keçdikdən sonra 1993-cü ildə Ağdam döyüşlərində iştirak edib. Bu döyüşlərdə böyük şücaət  göstərmiş K.Novruzov döyüşlərin birində  hərbi sursatların daşınması zamanı düşmən atəşinə tuş gələrək şəhid olmuşdur. Güzdək kənd qəbirstanlığında dəfn olunub.

     Kamran Yaqubov subay olub.

    1996-cı ildə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 184 nömrəli tam orta məktəbə şəhid Kamran Yaqubovun  adı verilib. 1997-ci ildə isə məktəbdə şəhidin büstü qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi