Nailiyyətlərimiz

Əsədov Əkbər Kickboxing üzrə Avropa çempionu olduMəktəbimizin X sinif şagirdi Əsədov Əkbər Ramil oğlunun iştirak etdiyi Azərbaycan Kickboxing üzrə Avropa çempionatı 26 avqust - 1 sentyabr tarixlərində Macarıstanda keçirilirdi. 48 kq çəkidə yarışan Əkbər yarımfinal və final yarışlarında rus idmançıya nokautla qalib gələrək Avropa çempionu adını qazanmış oldu. Gənc yeniyetmənin bu uğuru nəticəsində Avropanın mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılmış və himnimiz səsləndirilmişdir. Şagirdimizi bu böyük uğur münasibətilə təbrik edir və onunla qürur duyduğumuzu bildiririk.

"Bizim gənc rəssamlarımızın uğurları!"Məktəbimizin gənc rəssamları məktəbdənkənar rəsm müsabiqələrində iştirak edərək uğurlu nəticələr qazanır və diplomlarla təltif olunurlar. Məktəbdə onların mütəmadi olaraq sərgiləri keçirilir.

BİZİM NALİYYƏTLƏRİMİZ!“İlin ən yaxşı məktəbi” adı almağımız münasibəti ilə məktəb AR Təhsil Nazirinin xüsusi Diplomu və ATİAHİ Xəzər rayon komitəsinin Fərmanı ilə təltif edilmişdir. BŞTİ-nin 2009-cu ildə AAHİK ilə birlikdə keçirdiyi “Təhsil, zaman və biz” sərgisində fəal iştirakına və “Milli-mənəvi dəyərlərimiz” bölməsində zəngin stend nümayişinə görə məktəbimiz 31.05.2010-cu il tarixli Fəxri fərmanla təltif edilmişdir. 2013-cü il martın 15-də Təhsil Nazirinin əmri ilə məktəbin direktoru Abbasova Rəhilə Əvəz qızı “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. AR Konstitusiya Məhkəməsinin keçirdiyi “Hüquqi dövlətin əsasları” adlı olimpiadada məktəbin X sinif şagirdi Abbaszadə Nərmin Hüseyn qızı fərqlənmiş, AR Konstitusiya Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli Diplomu ilə məktəb kollektivi və adı çəkilən şagird təltif edilmişdir.

HAQQIMIZDA

183 nömrəli tam orta məktəb 1937- ci ildən fəaliyyət göstərir. Məktəb 1200 yerlikdir. Üç korpusdan ibarətdir. Birinci korpus 1937-ci ildə, ikinci korpus 1974-cü ildə, üçüncü korpus isə 2006-cı ildə H....

BİZİM FƏXRLƏRİMİZ

Fəridə Məmmədzadə Mehdi

Aysel Bəhrəmova Vahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi