Nailiyyətlərimiz

Həndbol komandası “Olimpiya hərəkatı” proqramı çərçivəsində Bakı şəhər birinciliyində finalın qalibi olaraq birinci yeri tutdularMöhtəşəm bir idman uğuruna imza atan məktəbin yeniyetmələrdən ibarət Həndbol komandası “Olimpiya hərəkatı” proqramı çərçivəsində Bakı şəhər birinciliyində finalın qalibi olaraq birinci yeri tutdular. Böyük zəhmət və səy bahasına başa gələn qələbə sayəsində iştirak edən şagirdlərin hər biri qiymətli hədiyyələrlə və diplomla mükafatlandırıldılar.

Məktəblilərin Respublika Çempionatının stolüstü tennis üzrə Xəzər rayon mərhələsində 1- ci yeri tutaraq, qalib olubBu günlərdə məktəbimizin şagirdlərindən ibarət komandası Məktəblilərin Respublika Çempionatının stolüstü tennis üzrə Xəzər rayon mərhələsində 1- ci yeri tutaraq, qalib olub. Bu münasibətlə məktəbin fiziki tərbiyə müəllimləri E.Məmmədov, Y.Aliyarlı, E.Sudeyfzadənin eləcə də yuxarı sinif şagirdlərinin məktəb rəhbərliyi ilə görüşü keçirilmişdir. Görüşdə qazanılmış idman uğurları münasibətilə bütün kollektivini təbrik edən məktəbin direktoru R.Abbasova komanda üzvlərinə təşəkkür etdi və onlara gələcək fəalliyətlərində həm idman, həm də təhsil uğurları arzuladı.

Daha bir idmançımız Avropa çempionatında uğura imza atıbBu tədris ili məktəbimiz üçün idman nailiyyətlərinin “yağışı ili” kimi başlayıb. Daha bir idmançımız Avropa çempionatında uğura imza atıb. Bu, məktəbin VIIIb sinif şagirdi Həsənzadə Zemfira Həbib qızıdır. O, İspaniyada yeniyetmələr arasında taekvando idman növü üzrə 29 kq çəki dərəcəsində II yerə çıxaraq Azərbaycan Respublikasının bayrağını ucalara yüksəltmişdir. Məktəb rəhbərliyi şagirdimizi bu münasibətlə təbrik etmiş və diplomla təltif etmişdir. Şagirdimizə təhsil və idman uğurları diləyərək daha gözəl nailiyyətlərə çatmasını arzu edirik.

HAQQIMIZDA

183 nömrəli tam orta məktəb 1937- ci ildən fəaliyyət göstərir. Məktəb 1200 yerlikdir. Üç korpusdan ibarətdir. Birinci korpus 1937-ci ildə, ikinci korpus 1974-cü ildə, üçüncü korpus isə 2006-cı ildə H....

BİZİM FƏXRLƏRİMİZ

Fəridə Məmmədzadə Mehdi

Aysel Bəhrəmova Vahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi