HAQQIMIZDA

183 nömrəli tam orta məktəb 1937- ci ildən fəaliyyət göstərir. Məktəb 1200 yerlikdir. Üç korpusdan ibarətdir. Birinci korpus 1937-ci ildə, ikinci korpus 1974-cü ildə, üçüncü korpus isə 2006-cı ildə H.Əliyev fondu tərəfindən inşa edilmişdir. Məktəbdə üç informatika, iki fizika, iki kimya, iki əmək və bir biologiya kabinetləri, 52 sinif otaqları vardır. Məktəbin geniş idman zalı, kitabxanası, akt zalı, bufeti, müəllimlər otağı vardır. Məktəb 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmiş, tam yeni məktəb avadanlıqları ilə təchiz edilmişdir. Məktəbdə rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Pedaqoji heyət 66 nəfərdən ibarətdir: Onlardan 50 nəfəri ali təhsilli, 13 nəfəri isə orta ixtisas təhsillidir. 1 nəfər texniki elmlər namizədi vardır. Məktəb bir növbəli, beş günlük sistemlə işləyir. Ali məktəblərə qəbul göstəriciləri ildən-ilə artır.Məktəbdənkənar tədbirlərdə şagirdlər böyük bir uğura imza atmışlar: İctimai kanalın Təhsil Nazirliyi ilə birgə layihəsi əsasında keçirilən “Virtual rinq” telelayihəsində məktəbimizin XI sinif şagirdlərindən ibarət komanda Bakının qabaqcıl 25 məktəbi arasında önə çıxaraq superfinalın qalibi olmuşdur. Məktəbimizin İKT-dən bacarıqla istifadə edən müəllim və şagirdlərinin təşəbbüsü ilə qonşu 123 nömrəli məktəblə “Telekörpü” yaradaraq BŞTİ-nin keçirdiyi riyaziyyat aylığında xüsusi mükafata layiq görülmüşdür. Məktəb 2014 - 2015-ci tədris ilinə 874 nəfər şagird və 63 nəfər müəllim heyəti və 27 nəfər texniki heyətlə başlamışdır.Hal-hazırda məktəbimizdə 1524 şagird təhsil alır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi