10a sinif şagirdlərinin Heydər Əliyev mərkəzinə səyahəti

183 nömrəli tam orta məktəbin tarix müəllimi Məmmədova İradə və 10 a sinf şagirdləri Tarix-coğrafiya fənn birləşməsinin “Fənn aylıqın”da görəcəyi tədbirlər planına uyğun olaraq 31 oktyabr 2019-cu il tarixində Heydər Əliyev mərkəzində ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı şagirdlər burada fəaliyyət göstərən muzey və sərgiləri gözdən keçirmişlər. “Azərbaycan Tarixi” və “Heydər Əliyev muzeyi” şagirdlərin diqqətini daha çox cəlb etmişdir. Buradakı qədim dövrə aid eksponatlar və Heydər Əliyevə aid şəxsi əşyaların nümayişi şagirdlərin böyük marağına səbəb olmuşdur. Milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlara baxış şagirdlərin mənəvi tərbiyəsinə müsbət təsir göstərmişdir. Qədim Azərbaycan sənəti olan Xalçaçılıq sənəti ilə bağlı guşə şagirdlərdə bu sahəyə olan marağı daha da artırmışdır. Müasir Bakımıza aid düzəldilən maketlər də diqqəti olduqca cəlb etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi