Təhsilverənlərin sertifikatlaşdırılması

27.02.24-cü il tarixində 183 N-li tam orta məktəbdə sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti sertifikasiya imtahanında iştirak edəcək 12 nəfər riyaziyyat və xarici dil müəllimi ilə maarifləndirici iclas keçirilmişdir. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Hüseynova müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.

Təhsilverənlərin sertifikatlaşdırılmasında məqsədin müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu vurğulamış, müəllimlərə sertifikasiyanın keçirilmə qaydaları ilə bağlı ətraflı məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi