Şagirdimizin böyük uğuru

Məktəbimizin X sinif şagirdi Əsədov Əkbər Ramil oğlunun iştirak etdiyi Azərbaycan Kickboxing üzrə Avropa çempionatı 26 avqust - 1 sentyabr tarixlərində Macarıstanda keçirilirdi. 48 kq çəkidə yarışan Əkbər yarımfinal və final yarışlarında rus idmançıya nokautla qalib gələrək Avropa çempionu adını qazanmış oldu. Gənc yeniyetmənin bu uğuru nəticəsində Avropanın mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılmış və himnimiz səsləndirilmişdir. Şagirdimizi bu böyük uğur münasibətilə təbrik edir və onunla qürur duyduğumuzu bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi