"Xocalı - əsrin faciəsi" Mərdəkan Mədəniyyət Sarayında anım mərasimi keçirildi

Bu gün Mərdəkan Mədəniyyət Sarayında məktəbimizin şagirdlərinin təqdimatında keçirilən soyqırım qurbanlarını anma mərasimi belə adlandırılırdı.
O qanlı, məşum gecədən 27 il ötməsinə baxmayaraq soyqırım qurbanlarının xatirəsi bir an da olsun xalqımızın yadından çıxmır. Zaman-zaman qan verən bu yaramız bizləri bir xalq olaraq birləşməyə çağırır, Xocalı qətliyamını törədənlərə qarşı barışmaz olmağa səsləyir. 
Elə şagirdlərimizin ifasında təqdim edilən kompozisiyalar, şeirlər, qəlb ağrsından süzülüb gələn nəğmələr də bu yaranın acısından bəhs edirdi.
“Xocalıya ədalət” adı ilə illərdir H.Əliyev fondu, ayrı-ayrı diaspora mərkəzlərimiz, dövlətimiz, 
Ali Baş Komandanımız tərəfindən aparılan ardıcıl və prinsipial fəaliyyətin mərkəzində bir amal, bir məqsəd dayanır: soyqırım törədən erməni faşizminin əsl simasını dünya miqyasında göstərmək, tanıtmaq və əli yüzlərlə günahsız insanların: qadınların, qocaların, gül qoxulu körpələrin qanına batmış qaniçənlərin cəzasının verilməsinə nail olmaq və bu qanlı soyqırım qurbanlarının xatirəsini 
əbədi yaşatmaq.
Bu yolda gənc nəslin dönməz və mübariz ruhda tərbiyəsi biz təhsil işçilərinin qarşısında həm 
vətəndaşlıq, həm də vəzifə borcu kimi qəbul və əməl edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi