Beynəlxalq ana dili günü

21.02.2018-ci il tarixində məktəbimizin akt zalında “Beynəlxalq ana dili günü” münasibətilə böyük tədbir keçirilmişdir. Tədbirin əsas təşkilatçısı III “c” sinfi və sinif müəllimi N.S.Kərimova olsa da, bütün məktəb şagirdləri bu bayramda böyük həvəslə və mütəşəkkil şəkildə iştirak edirdilər. Şagirdlər ana dilimizi qiymətli milli dəyərimiz kimi şeirləri, mahnı və səhnəcikləri  ilə təqdim etdilər. Bir-birindən gözəl nəğmələr, ifalar səsləndi. Musiqili komediyalardan parçalar göstərildi. Çox maraqlı şəkildə düzənlənmiş kompozisiya – Azərbaycanın Dövlət atributları – bayraq, səkkizguşəli ulduz və ayparanın yaradılması tədbir iştirakçılarında xüsusi təəssürat yaratmış oldu.

Məktəbin direktoru R.Ə.Abbasova uşaqları və tədbirin təşkilatçılarını təbrik etdi və onlara rəhbərlik adından təşəkkürünü bildirərək söylədi: “Əziz uşaqlar, siz bugünki çıxışlarınızla o balaca ürəklərinizdə ana dilimizə nə qədər böyük sevgi və məhəbbət olduğunu nümayiş etdirdiniz. Sizə və müəlliminiz N.S.Kərimovaya qarşıdakı təhsil illərinizdə uğurlar və vətənimizə layiqli bir gənc kimi yetişməyi arzu edirəm.”

Tədbirdə iştirak edən valideynlər də öz ürək sözlərini məktəb kollektivinə çatdırdılar və balacaların uğurlu çıxışlarından qürur duyduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi