"Ulu öndər Heydər Əliyevin anım günü"nə həsr olunmuş voleybol üzrə yarış

183 N-li tam orta məktəbin idman zalında "İdmansevərlər" lahiyəsi çərçivəsində "Ulu öndər Heydər Əliyevin anım günü"nə həsr olunmuş 9-11 sinif oğlanları arasında voleybol üzrə yarış keçirildi. Fiziki tərbiyə müəllimi Y.Aliyarlı yarışı açıq elan etdi. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, onun ölkəmizin xilası üçün apardığı uğurlu fəaliyyətindən bəhs edildi, fiziki tərbiyəyə və idmana olan sevgisindən xüsusi olaraq danışıldı. Onun davamçısı cənab Prezidentimiz İlham Əliyevin də bu günkü uğurlu siyasətinə diqqət çəkildi. Yarışa start verildi. Gərgin şəraitdə keçən yarışda birinci yeri 11B, ikinci yeri isə 11A sinifinin oğlanları qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi