"Ümummili lider Heydər Əliyevin anım günü" ilə əlaqədar tədbir

12.12.2023-cü il tarixində 183 nömrəli tam orta məktəbin tarix müəllimi İ.Məmmədova, ədəbiyyat müəllimi T.Abdullazadə, UBTR G.Aliyarlının təşkilatçılığı ilə 8a sinif şagirdləri "Ümummili lider Heydər Əliyevin anım günü" ilə əlaqədar olaraq tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edildi, Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Şagirdlər məktəbin foyesində yerləşən Heydər Əliyev guşəsində ümummilli liderin şəkli önünə qərənfil dəstələri qoydular. Tədbirin davamında Ulu Öndərin fəaliyyəti haqqında məlumat verildi, şeirlər söyləndi və onun kəlamları səsləndirildi. Sonda 8a sinfinin qızlarından ibarət xor qrupu "Sən elə bir zirvəsən" əsərini ifa etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi