Məktəb mərhələsində uğur qazanmış və Mərdəkan Bələdiyyəsi tərəfindən diplomla təltif olunmuş iştirakçılar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Respublikamızda çoxsaylı silsilə tədbir və layihələr həyata keçirilir. Həmin tədbirlərdən biri də Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən təşkil olunmuş "Heydər Əliyev- Müstəqilliyimiz əbədidir" adlı inşa müsabiqəsidir. Müsabiqədə Xəzər rayonu üzrə ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak etdi. Şagirdlərin inşa yazıları iki seçim mərhələsindən keçdi. Məktəb mərhələsində uğur qazanmış və Mərdəkan Bələdiyyəsi tərəfindən diplomla təltif olunmuş iştirakçılar 6 oktyabr tarixində təşkil olunmuş mükafatlandırma mərasiminə dəvət olundu. Qaliblər içərisində Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin IX b sinif şagirdi Həsənova Məryəm Səbuhi qızı III yerə layiq görülərək kubokla mükafatlandırıldı. Bələdiyyə heyəti və tədbir iştirakçıları qalib məktəb və şagirdləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi