Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş inşa müsabiqəsi

4 oktyabr tarixində Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin nümayəndə heyəti 183 nömrəli tam orta məktəbə gələrək Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil etdikləri inşa müsabiqəsinin nəticələri ilə maraqlandılar. Məktəbimizin VIII-XI sinif şagirdləri müsabiqədə iştirak edərək məktəb mərhələsində uğur qazandılar. 1-ci, 2-ci və 3-ü yerlərə layiq görülən şagirdlər -Həsənova Məryəm Səbuhi qızı, Abdullayev Əli Elvin oğlu və Babalıyeva Pərvin Vüqar qızı Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən diplomla təltif olundular. Bir neçə xatirə şəkli çəkildi və şagirdlərə dərslərində, gələcək fəaliyyətlərində uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi