"Heydər Əliyev-Müstəqilliyimiz əbədidir" mövzusundakı inşa yazı müsabiqəsi

Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəb Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Mərdəkan Bələdiyyəsi tərəfindən təşkil olunmuş "Heydər Əliyev-Müstəqilliyimiz əbədidir" mövzusundakı inşa yazı müsabiqəsinə qatıldı. Məktəbimizin müxtəlif sinif şagirdləri müsabiqədə öz bacarıqlarını nümayiş etdirdilər. Müsabiqənin məktəb mərhələsində münsiflər heyəti inşa yazıları 5 meyar- mövzunun əhatəliliyi, yazının orfoqrafik qaydalara uyğunluğu, fikrin ardıcıllığı, xəttin səliqəliliyi, yazının sistemliliyi üzrə yoxlayaraq ortaq razılığa gəlib 2-ci mərhələyə keçən 3 şagirdin yazısını seçdi. Münsiflər heyəti tərəfindən bütün şagirdlərə uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi