Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar "Breyn-rinq"

5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədilə 183 nömrəli tam orta məktəbdə 27 fevral tarixində məktəbin fiziki tərbiyə müəllimi Rəvanə Yılmaz tərəfindən fiziki tərbiyə fənni üzrə 5-ci sinif şagirdləri arasında "Breyn-rinq" intellektual bilik yarışması keçirilmişdir. Azərbaycan bölməsi üzrə təhsil alan siniflərin arasından 5a, rus bölməsi üzrə təhsil alan siniflərin arasında isə 5ç sinifi birinci yerə layiq görülmüşdür. Şagirdlər arasında keçirilən yarışda böyük həvəs və coşqu anları yaşanmış, 5-cilərin azarkeşləri onları dəstəkləyərək alqışlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi