Futbol idman növü üzrə ustad dərsləri və masterklasslar

2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman Həftəsi" ilə əlaqədar 183 nömrəli tam orta məktəbdə futbol üzrə məşqçi-müəllim Rəvanə Yılmaz tərəfindən gənclərin iştirakı ilə futbol idman növü üzrə ustad dərsləri və masterklasslar keçirilmişdir. Masterklass zamanı gənclərə futbol idman növü haqqında məlumat verilmiş, həmçinin nümunəvi çıxışlar nümayiş etdirilmişdir.

Masterklassda Xəzər rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Elçin Bəşirov və məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd futbol idman növünün inkişafı və təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və rayonda idman kütləviliyinin artırılmasına nail olmaqdan ibarətdir. Masterklassın sonunda Rəvanə Yılmaz Gənclər və İdman İdarəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi