“20 yanvar – qürur  duyduğumuz tarix” mövzusunda məktəbin VIII”B” sinif şagirdləri ilə dəyirmi masa keçirildi

Bu gün “20 yanvar – qürur  duyduğumuz tarix” mövzusunda məktəbin VIII”B” sinif şagirdləri ilə dəyirmi masa keçirildi. İlk növbədə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, 20 yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi İ.Muxtarov şagirdlərdə motivasiya yaratmaq üçün Cavanşirin, Babəkin, Şah İsmayıl Xətainin, Şəhidlər Xiyabanı və əbədi məşəlin şəkillərini əks etdirən slaydlar nümayiş etdirdi. Şagirdlər şəkillər arasında nə kimi əlaqənin olması ilə bağlı fikirlərini söylədilər. Daha sonra müəllim 20 yanvar hadisələrinin səbəbləri və nəticələri haqqında şagirdlərə ətraflı məlumat verdi. Mövzu ilə bağlı şagirdlər də öz fikirlərini təqdim edərək 20 yanvar hadisələrini dəyərləndirdilər. Hadisələrdən bəhs edən videoçarx nümayiş etdirildi.

           Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Ş.Məmmədova şagirdlərə bildirdi ki, biz heç zaman 20 yanvar faciəsini, şəhidlərimizi unutmamalıyıq, onların xatirələrini daim əziz tutmalıyıq. Daha çox bilik və bacarıqlar əldə etməklə şəhidlərimizə, onların müqəddəs ruhlarına layiq yaşamalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi