8 “Ç” sinfində “Pray for Australiya” (Avstraliya üçün dua edək) mövzusunda dərs keçirildi

14 yanvar 2020-ci il tarixində kimya-biologiya aylığı çərçivəsində məktəbin biologiya müəllimi Xalidə Ələkbərovanın 8 “Ç” sinfində “Pray for Australiya” (Avstraliya üçün dua edək) mövzusunda dərs keçirildi. Dərsin məqsədi Avstraliya qitəsində baş vermiş yanğınlar nəticəsində məhv olan bitki və heyvanlar haqqında məlumat almaq, bu ekoloji fəlakətin səbəb və nəticələri haqqında müzakirələr aparmaq idi. Nümayiş olunan videomateriallarda yanğınların məhv etiyi milyonlarla evkolipt, akasiya ağacları, kenguru və koalaların dəhşətli görüntüləri şagirdləri çox təsirləndirdi və təbiəti qorumağın nə qədər vacib olduğunu fikrini möhkəmləndirmiş oldu. 8 “Ç” sinfinin şagirdləri tərəfindən “Avstraliya xilas ordusu” hesabına könüllü olaraq müəyyən məbləğ pul köçürməklə məktəblilər öz humanist niyyətlərini ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi