Riyaziyyat-infomatika aylığı çərçivəsində breyn-rinq keçirilmişdir

Bu gün məktəbdə riyaziyyat-infomatika aylığı çərçivəsində breyn-rinq keçirilmişdir. Breyn-rinq X sinif şagirdlərinin iştirakı və VII və IX siniflərin tamaşaçılığı şəraitində keçirildi. Müxtəlif komandalarda təmsil olunmuş şagirdlər öz hazırcavablığı, əməkdaşlığı və dünyagörüşü formalaşdırmaq yolunda tərtib olunmuş suallara verdikləri cavablara görə qiymətləndirildilər. Münsiflər tərəfindən birinci yerə “Xaker”, ikinci yerə “İntel”, III və IV yerlərə isə “Microsoft” və “Virus” komanda üzvləri layiq görüldülər.
Tədbiri yekunlaşdıran məktəbin direktoru R.Abbasova informatika müəllimləri – S.Həsənova və E.Hacıyevaya təşəkkürünü bildirdi və şagirdlərə daha əzmlə oxumağı, gələcəkdə fəal və hərtərəfli bir gənc kimi formalaşmaq yolunda uğurlar arzuladığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi