Nümunəvi dərs təqdim edilmişdir

05.11.2019-cu il tarixində məktəbin fizika-riyaziyyat müəllimi, texnika elmləri namizədi K.Kərimov IX”B” sinfində nümunəvi dərs təqdim etmişdir. Dərs məktəbdə 15.XI.2019-cu il tarixindən 15.XII.2019-cu il tarixinədək davam edən riyaziyyat-informatika aylığı çərçivəsində keçirilirdi. Dərsin mövzusu "Elektrik mühərriki və elektrik ölçü cihazları" idi. Bütün keçid və mərhələlərə əməl olunması şəraitində keçən dərs zamanı şagirdlər mövzu ilə bağlı apardıqları tədqiqat işlərini təqdim etdilər və müəllimin verdiyi tapşırıqları uğurla yerinə yetirdilər. Dərsin özəlliyi həm də onda idi ki, ötən tədris ilində elə şagirdlərlə birgə fənn müəllimi K.Kərimovun böyük əzm və təəssübkeşliklə hazırlamış, tərtibat vermiş olduqları fizika-riyaziyyat otağının avdanlıqları və əyani vəsaitlərinin köməyi ilə keçirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi