Nailiyyətlərimiz

FƏNN OLİMPİADASINDA QALİB GƏLƏN ŞAGİRDLƏRİMİZ...Fənn olimpiadasının şəhər mərhələsində bir neçə şagirdimiz tarix və riyaziyyat fənləri üzrə qalib oldular. Tarix fənnindən İsayeva Səbinə (müəllimi: Hümbətov Qoşqar), Məmmədov Ruslan (müəllimi: Hümbətova Rəsmiyyə) I yerə, riyaziyyat fənnindən Ağazadə Sənubər (müəllimi: Teymurov Rövşən) III yerə layiq görülmüşdür.

NÖVBƏTİ UĞURUMUZ...Azərbaycan Respublikası Təhsil Nazirliyi, AFFA, "Təhsil" Respublika İdman Mərkəzinin birgə keçirdiyi "Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı" davam edir. Yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq, mini futbolu təbliğ etmək məqsədi daşıyan bu çempionatda məktəbimiz rayon turunda qalib gəlmiş, Binəqədi rayonu üzrə I yerə layiq görülmüşdür. 8-ci sinif şagirdlərindən ibarət olan komanda üzvlərimizə nailiyyətlərinin davamını arzulayırıq.

Balaca fəxrimiz!Məktəbimizin kiçik fəxri Əlili Amin Əli oğlu ölkəmizin bayrağını xarici ölkələrdə dalğalandırmağa davam edir. 01.07.2006 təvəllüdlü Amin məktəbin 2a sinfində təhsil alır. Yaşının və boyunun kiçik olmasına baxmayaraq üst-üstə həm İtaliyada, həm də İranda USA SANDO idman növü üzrə birinci yerə layiq görülmüş, ailəsinin və məktəbimizin fəxri olduğunu bir daha sübut etmişdir. Ümid edirik ki, Amin bununla kifayətlənməyəcək, bayrağımızı daha da yüksəklərə daşıyacaqdır.

HAQQIMIZDA

182 №-li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ili...

BİZİM FƏXRLƏRİMİZ

Sənəm Mustafayeva Kənan

Rəvan Allahquliyev Ramil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi