Zirvəyə doğru son addımBu dəfə 182 nömrəli tam orta məktəb öz bayrağını yüksək zirvəyə sancmağı bacardı. Belə ki, Respublika Fənn Olimpiadalarında mütəmadi olaraq medal qazanmaq məktəbimiz üçün adət halını almışdır. İndi isə qazandığımız gümüş və bürünc medalların sırasına yenisi əlavə olundu. Məktəbin 11-ci sinif şagirdi Allahverdiyev Elbar və müəllimi Hümbətov Qoşqarın birgə əməkdaşlığı və səyi nəticəsində bu dəfə qızıl medal qismətimiz oldu. Üç il ard-arda tarix fənni üzrə Respublika Fənn Olimpiadalarında medal qazanan Elbar bu uğur ilə həm özünün, həm müəlliminin, həm də məktəbimizin adını layiq olduğu yüksəkliyə qaldırdı. Məktəbimizin tarix müəllimi eyni zamanda təşkilat işləri üzrə direktor müavini Hümbətov Qoşqar yetişdirdiyi şagirdlərin bilik və bacarıqları sayəsində artıq uzun illərdir ki, məktəbimiz Respublika Fənn Olimpiadalarından medalsız qayıtmır və güman edirik ki, bundan sonra da qayıtmayacaq.
UĞURLARIMIZ DAVAM EDİR...Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 09 noyabr "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibəti ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində 182 №li məktəbin şagirdləri uğurlu nəticələr göstərmişlər. Məktəbin 8d sinif şagirdi Qasımova Ülviyyə III yerə layiq görülmüş, 10b sinif şagirdi Güləliyeva Nailə və 4z sinif şagirdi Məmmədov Tunar isə müxtəlif sertifikatlarla mükafatlandırılmışdırlar.
DAHA BİR QALİBİMİZ!!!Məktəbimizin 2k sinif şagirdi 07.10.2006 təvəllüdlü Əliyev Natiq Namiq oğlu USD SANDO idman növü üzrə keçirilən yarışda I yerə layiq görülmüşdür. Qeyd edək ki, vətənpərvər ruhlu Natiq yarış əsnasında erməni rəqibini məharətlə məğlub etmişdir.