Kiçik Akademiya

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT182 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2018-ci il tarixindən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz VI-VII-VIII-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi, estetika bölmələri istiqamətində fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tətqiqat işlərini aparıb. “Vulkanlar” və “Dünyanın ənləri” – 8 “A” sinif şagirdi Babayeva Sevil “Kimya” – 8 “L” sinif şagirdi Əzizov Əkbər “Azərbaycanın gənc sərkərdəsi – Cavanşir” 8 “Q” sinif şagirdi Ələkbərova Fəridə “Yerin Günəş ətrafında hərəkəti” - 8 “A” sinif şagirdi Abbas Hafiz “Dördbucaqlılar” - 8 “A” sinif şagirdi Daşdıyev Murad “Çiçəklər” - 7 “D” sinif şagirdi İbrahimova Fatimə “Avropa baş geyimləri” - 8 “Z” sinif şagirdi Nəcəfov Sevil “Cənub xanlıqları” - 9 “E” sinif şagirdi Əlisoy Günel “Planetlər” - 8 “Ə” sinif şagirdləri Mirzəzadə Elmira və Rüstəmov Salman “Qədim Roma” - 11 “Ç” sinif şagirdi Eyvazov İlqar “İskəndərnamə” - 7 “D” sinif şagirdi Vəliyeva Fatimə “Alploqo proqramı” və “Romb” - 9 “E” sinif şagirdi Əliyeva Məlahət “Qədim dövr Albaniyası” - 9 “B” sinif şagirdi Tağıyev Vüqar Məktəbin “Kiçik Akademiya”sının tərkibi aşağıdakı kimidir: Prezident – Babayeva Sevil 8 “A” I vitse-prezident – Rəhimli sənan 8 “Ə” II vitse-prezident – Abdullayeva Şəlalə 10 “Ç” Kafedra rəhbərləri: Biologiya kafedrası – Rəhimli Sənan 8 “Ə” Coğrafiya kafedrası – Mirzəzadə Elmira 8 “Ə” Riyaziyyat kafedrası – Yusifzadə Nigar 8 “Ə” Azərbaycan dili kafedrası – Musayeva Flora 8 “Ə” Tarix kafedrası – Əlisoy Günel 9 “E”

Ətraflı
HAQQIMIZDA

182 №-li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ili...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Allahquliyev Ramil

Ramil Qocayev İlham

HAQQIMIZDA

182 №-li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ili...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Allahquliyev Ramil

Ramil Qocayev İlham

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi