Nailiyyətlərimiz

İdmandakı uğurumuzMəktəbin VIII sinif şagirdi Zeynəb Əlirzayeva idmanın Pankration və Qrappling növləri üzrə 12-13 yaşlılar arasında 2017-ci ildən xüsusi olaraq rayon, şəhər, respublika və dünya çempionatlarında layiqincə iştirak edərək mötəbər yerlərə layiq görülmüşdür. 2017-ci ildə 29 kq çəki dərəcəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda iştirak edərək I yerə, 2019-cı ildə Sərhədçi İdman Kompleksində keçirilən yarışda iştirak edərək I yerə, 2019-cı ildə Fövqəladə Hallar Kompleksində keçirilən yarışda I yerə, 2019-cı ildə Grappling yarışı üzrə 17 ölkə arasında keçirilmiş dünya çempionatında III yerə layiq görülmüşdü. Z. Əlirzayeva bu yarışda iştirak etməklə Avropa çempionatına vəsiqə qazanmışdır. Bu münasibət ilə məktəb kollektivi Z.Əlirzayevaya gələcək yarışlarda da qalib olmasına inanaraq ona uğurlar arzulayırıq.

Növbəti uğurumuzBakı Şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə 20 yanvar faciəsinin XXX ildönümü münasibəti ilə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilmiş inşa – yazı müsabiqəsində 180 № –li tam orta məktəbin XI sinif şagirdi Kəlbiliyev Rəşad Faiq oğlu fərqləndiyinə görə adı gedən qurumlar tərəfindən fəxri fərmanla təltif edilmişdir. Məktəb kollektivi R.Kəlbiyeva gələcək işlərində müvəffiqiyyətlər arzulayırıq.

Növbəti uğurumuzBudo döyüş növləri üzrə dünya kuboku turniri keçirilib. 14 ölkədən 900-dək idmançı iştirak edən Dünya kuboku turnirində məktəbin şagirdləri Qaradağ Döyüş növləri, klubunun IX idmançısı iştirak edərək növbəti uğura imza atdılar. Məmmədzadə Mustafa Ramil oğlu, Şirvanlı Rəsul İlqar oğlu I yerə, Bəşirli Elmir Samir oğlu, Şahvərdiyev Rəvan Əbülfəz oğlu Şükürov Kərəm İlkin oğlu, Ağazadə Orxan Şamo oğlu, Əli Turan Elman oğlu II yerə, Şükürov Emil İlkin oğlu, Ağazadə Zaur Şamo oğlu III yerə layiq görüldülər.

HAQQIMIZDA

Məktəb Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşir.1961- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. 840 -yerlik məktəb 2 mərtəbəli 3 korpusdan ibarətdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Məktəb ...

BİZİM FƏXRLƏRİMİZ

Bəyim Ələkbərli Rövşən

Ləman İsmayılova Faiq qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi