Nailiyyətlərimiz

Olimpiya hərəkatı çərçivəsində voleybol idman növü üzrə Respublika birinciliyinin rayon mərhələsi keçirildi27 mart 2017- ci ildə Sahil qəsəbəsindəki 273№ li məktəbdə Olimpiya voleybol idman növü üzrə rayon məktəblilərindən ibarət komandalar arasında Respublika birinciliyinin rayon mərhələsi keçirildi.Həmin yarışda şagirdlərimiz Respublika I- liyini əldə edərək diplom və kubokla təltif olunmuşlar.

KARATE ÜZRƏ İDMAN YARIŞI25-26 iyun 2016- cı il tarixində Gürcüstanın Batumi şəhərində idmanın “Karate- do” növü üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilmişdir. Məktəbimizin 8b sinif şagirdi Nəcəfov İlyas həmin yarışın iştirakçısı olmuş və gümüş medal qazanmışdır.Bu İlyasın ilk uğuru deyil.O dəfələrlə yerli və beynəlxalq səviyyəli yarışlarda qalib olmuş və məktəbimizin adını ucaltmışdır. Məktəbimizin fəxri olan İlyasın bu qələbəsinə biz də sevinirik və uğurlarının davamlı olmasını arzu edirik.

“5 oktyabr-Müəllim günü”nə həsr olunmuş “Nə, Harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi.05 oktyabr 2016-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə rayon məktəblərinin gənc müəllimləri arasında “5 oktyabr-Müəllim günü”nə həsr olunmuş “Nə, Harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi. Tədbirin sonunda fərqlənən iştirakçılar fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.Gənc müəllimlər arasında Məktəbimizin Tarix fənninin üzrə gənc və həmişə fəallığı ilə seçilən Məmmədov Sədyar Səxavət oğlu və Süleymanova Təhminə Fazil qızı layiqincə təmsil etmişdilər .Məmmədov Sədyar “Müəllim günü”nə həsr olunmuş “Nə, Harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyində keçirilən bilik yarişinda II yerə layiq görülmuşdur.

HAQQIMIZDA

Məktəb Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşir.1961- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. 840 -yerlik məktəb 2 mərtəbəli 3 korpusdan ibarətdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Məktəb ...

BİZİM FƏXRLƏRİMİZ

Çinarə Mahmudova Bəxtiyar qızı

Pərvin İbrahimova Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi