Erkən və qohumlararası nikah

VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması üzrə maarifləndirmə işləri davam edir. İlk olaraq şagirdlərə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi haqqında məlumat verilib. Bildirilib ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Ətraflı məlumat verildikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.