“Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğuna ekskursiya

“Ailəm və məktəbim” layihəsinin valideynlərin və şagirdlərin birgə fəaliyyəti istiqamətində Nailə Cəfərova tərəfindən 2ç sinif şagirdlərinin və valideynlərin iştirakı ilə “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olundu. Xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrənmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsildə incə estetik zövq formalaşdırmaq məqsədi ilə təşkil olunmuş ekskursiyada şagirdlərə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Tarixi eksponatlarla zəngin olan bu məkan şagirdlərin böyük marağına səbəb oldu.