“Aprel döyüşləri böyük qələbəmizin başlanğıcıdır”

3 Aprel tarixində Aprel zəfərinin ildönümünə həsr olunmuş “Aprel döyüşləri böyük qələbəmizin başlanğıcıdır” adlı dəyirmi masa keçirildi. Azərbaycan Respublikasnın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcə də 2016-cı il aprel döyüşlərində şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə aprel döyüşlərinin əhəmiyyətindən söz açıldı, 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verildi. Şagirdlər çıxışlarında qeyd etdilər ki, bu Vətəni onlara əmanət edən şəhidlərin xatirəsini daima uca tutacaqlar. Tədririn sonunda Aprel döyüşlərindən bəhs olunan videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi