Ümumdünya Gülüş Günü

Məktəbin kitabxanasında Ümumdünya Gülüş Gününə həsr olunmuş məşğələ keçirildi . Məqsəd güldürən və düşündürən Molla Nəsrəddin lətifələrinin dərin məntiqini şagirdlər arasında təbliğ etməkdir. Şagirdlər mədəni irsimizin hikmətli və yumoristik nümunəsi olan Molla Nəsrəddin lətifələrindən oxudular, videoçarxlara baxdılar. Şən əhval-ruhiyyə və zarafatlar şagirdlərimizə pozitiv enerji bəxş etdi.

Gülüş insan cəmiyyətinin ən önəmli ünsürlərdən biridir. Uşaqların gülüşünü qoruyaq, çünki dünyanı onların gülüşü xilas edəcək.!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi