Nailiyyətlərimiz

ŞAGİRDİMİZİN NÖVBƏTİ UĞURUMəktəbimizin 9-cu sinif şagirdi Məmmədov Murad "Cəsur" Taekvondo klubunun "20 YANVAR" şəhidlərinin xatirəsinə həsr edilmiş yoldaşlıq görüşündə 2005 - 2007 kateqoriyasında 55 kq çəki dərəcəsində 3 - cü yerə layiq görülmüşdür.Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

ŞAGİRDİMİZ RFO 2021-2022 RESPUBLİKA MƏRHƏLƏSİNİN YARIMFİNAL TURUNDA İŞTİRAK ETMƏK HÜQUQU QAZANIB22.01.2022 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin 9 A sinif şagirdi Behbudov Nahid Tarix fənni üzrə (müəllim Sədəf Əbilova) RFO 2021-2022 respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Məktəbimiz adından RFO təşkilat komitəsi, münsiflər heyəti və olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

Şagirdimizin uğuruBakı şəhəri Suraxanı rayonu S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin 9 A sinif şagirdi İsmayılov Onur 2007-2009, 2010-2012 ci illər arasında "Təhsil" Respublika İdman Mərkəzinin Yunan - Roma Güləşi üzrə respublika birinciliyində 52 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi