" Məhəmməd Füzuli dünyasının işığı altında "adlı dəyirmi masa keçirildi.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin Sərəncamına əsasən məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. Bu məqsədlə də məktəbdə bir sıra tədbirlər, "Dəyirmi masa"lar, poeziya gecələri keçirilib. Bu gün 25 aprel 2024-cü ildə məktəb kitabxanasında UBR Aysel Abbasova, kitabxana müdiri Çinarə Hüseynova, Azərbaycan dili və Ədəbiyyat müəllimlərə Aynur Məlikova və Rəfiqə Əzimovanın təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş "Füzuli dünyasının işığında" başlığı altında "Dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə açan A.Məlikova bildirdi ki, 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur, M. Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.Azərbaycan dili və Ədəbiyyat müəllimi R. Əzimova Füzulinin yaradıcılığı, həyatı, əsərləri barədə geniş məlumat verdi. "Dəyirmi masa" da şagirdlər şairin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlarla çıxış ediblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi