Nailiyyətlərimiz

Məktəb fəxri fərmanla ilə təltif edildiMəktəb fəxri fərmanla ilə təltif edildi

Məktəbin komandası birinci oldu24 fevral 2022-ci il tarixində Bakı Şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri məktəbləri arasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Mahir nişançı" adlı güllə atıcılığı yarışı keçirildi. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin komandası Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Mahir nişançı" güllə atıcılığı yarışının qalibi olmuşdur. Nizamı rayonu 220 nömrəli məktəb - liseyin komandası ikinci yer, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası isə üçüncü yer tutmuşdur. Məktəbin 10c sinif şagirdi Rəvan İsmayılov 3 güllənin hər birindən 10 xal yığdığına görə Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən xüsusi diplomla təltif edilmişdir. Yarışın təşkilatçılığına görə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb isə Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edildi. Bu münasibətlə məktəbin komandasını kollektivini səmimi qəlbdən təbrik edir və onlara gələcək işlərində uğurlar arzulayırıq.

Məktəb təşəkkürnamə ilə təltif edildiBakı şəhəri Xətai rayonu 171 nömrəli tam orta məktəb 26 fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Mahir nişançı” adlı güllə atıcılığı turnirində göstərdiyi təşkilati dəstəyə görə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub. Bu münasibətlə məktəbin kollektivini təbrik edirik və onlara gələcək işlərində uğurlar arzulayırıq.

HAQQIMIZDA

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Səməd Həsənli Eyvaz

İslam İbrahimli Şakir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi