Nailiyyətlərimiz

Məktəbin psixoloqu sertifikatla təltif edildiMəktəblinin dostu layihəsi çərçivəsində həyata keçirilən "Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramını" müvəffəqiyyətlə bitirdiyinə görə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin psixoloqu Günay Aslanova sertifikatla təltif edilib.Bu münasibətlə Günay Aslanovanı təbrik edir ona gələcək işlərində uğurlar arzulayırıq.

Direktor müavini “Yaradıcı müəllim” müsabiqəsində təşəkkürnamə ilə təltif olunubBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb edir. Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan İdarə müdiri “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiklərini söyləyiblər. Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsində iştirak edən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, informatika müəllimi Kənan İsmayılov Təşəkkürnamə ilə təltif olundu. Bu münasibət ilə Kənan İsmayılovu təbirk edir və ona gələcək işlərində uğurlar arzulayırıq.

Şagirdimiz sertifikatla təltif edildiZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən Xətai rayonu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı Soyqırımını unutma" adlı inşa yazı müsabiqəsində iştirak etdiyinə görə sertifikatla təltif olunmuşdur.

HAQQIMIZDA

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Gülşən Abdullayeva Miryaqub

Turanə Əhmədova İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi