Nailiyyətlərimiz

ŞAGİRDİMİZİN MƏNTİQ VƏ İNGİLİS DİLİ YARIŞLARI VƏ OLİMPİADALARINDA ƏLDƏ ETDİYİ UĞURLAR VƏ NAİLİYYƏTLƏRİ5d sinif şagirdi Podkaura Elvira Sergeyevnanın müxtəlif məntiq və ingilis dili yarışları və olimpiadalarında əldə etdiyi uğurlar və nailiyyətləri. Şagirdimizə uğurlarının davamlı olmasını arzu edirik!

Zərif Sultan Kamil qızı TƏRİFNAMƏ ilə təltif olunubŞagirdimizin uğuru "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasında fəal iştirk etdiyinə görə Zərif Sultan Kamil qızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva tərəfindən TƏRİFNAMƏ ilə təltif olunub. Bu münasibətlə şagirdimizi təbrik edir və ona gələcək dərslərində, müsabiqələrində uğurlar arzulayırıq.

9a sinif şagirdi Qumral Yusfli “Hekayəni paylaş” müsabiqəsinin iştirakçısı oldu və TƏŞƏKKÜRNAMƏ ilə təltif olundu.“Qarabağı tanıt” və “Hekayəni paylaş” müsabiqələrinin qalibləri mükafatlandırılıb Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Qumral Yusfli “Hekayəni paylaş” müsabiqəsinin iştirakçısı oldu və TƏŞƏKKÜRNAMƏ ilə təltif olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, direktorlar və müəllimlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri M.Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir çox layihə və müsabiqələrin həyata keçirildiyini söyləyib. İdarə müdiri bildirib ki, “Qarabağı tanıt”, “Hekayəni paylaş” kimi müsabiqələr məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmağa kömək edir. Daha sonra hər iki müsabiqə üzrə I, II və III yerin qaliblərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər Tərifnamə, digərləri isə müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələrlə təltif ediliblər. Şagirdlər göstərilən diqqət və qayğıya görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildiriblər. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib. 03.02.2023

HAQQIMIZDA

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Elmar Osmanlı İlqar

AYDIN QASIMOV ELDƏNİZ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi