Məktəbin məzunu təhsil naziri tərəfindən sertifikatla təltif olunduZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2019-cu il məzunu Qasımova Dinarə Almədət qızı 2019-cu il Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak etdiyinə görə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov tərəfindən sertifikatla təltif olunmuşdur. Bu münasibətlə məzunumuzu təbrik eidr və ona gələcək tədrisində və işlərində uğurlar arzulayırıq.
Qasımova Dinarə Almədət qızı 2019-cu ildə 620 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.
Fiziki tərbiyə müəllimi "İdman ustası" dərəcəsi verildiZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Mail Abdullayev Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun D-1274 nömrəli, 24 dekabr 2019-cu il tarixli əmri ilə tərəfindən Azərbaycan Respublikasının "İdman ustası" dərəcəsi verilmişdir. Bu münasibətlə Mail Abdullayevi məktəbin rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq.
Şagirdimiz III yerə layiq görüldüZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdi Kazımova Xalidə Kərim qızı 19 dekabr 2019-cu il tarixində 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi "Əyləncəli riyaziyyat" dərnəyinin üzvləri arasında (9-10 yaş) keçirilən olimpiadada III yerə layiq görülmüşdür. Bu münasibətlə şagirdimizi təbrik edir və ona gələcək yarışlarda uğurlar arzulayırıq.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...