Nailiyyətlərimiz

3 a sinif şagirdləri qalib oldu30.09.2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3 a sinif şagirdləri 17 nömrəli məktəbin 3 - cü sinif şagirdləri ilə komanda şəklində yarışıblar. Yarışda 171 nömrəli məktəbin şagirdləri rəqib komandaya 6: 1 hesabı ilə qalib gəliblər.

Kimya müəllimi sertifikat aldıAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilib. Layihə iştirakçılarına fizika üzrə fəlsəfə doktoru, "Sabahın alimləri" Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov təlimlər keçib. Təlimlərdə məktəbimizin "Kiçik Akademiya" rəhbəri İradə Nuriyeva da iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətini daha da gücləndirmək, "Kiçik Akademiya" rəhbərlərini düzgün təlimatlandırmaq, Bakı şəhəri üzrə "Kiçik Akademiya" rəhbərləri arasında əməkdaşlıq yaratmaq, şagirdlərdə "Kiçik Akademiya"lara üzv olmağa maraq yaratmaq, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdi. "Kiçik Akademiya" yaradıcılığı və elmi potensialı ilə seçilən şagirdlərin könüllü birliyidir.

Məktəbin məzunu təhsil naziri tərəfindən sertifikatla təltif olunduZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2019-cu il məzunu Qasımova Dinarə Almədət qızı 2019-cu il Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak etdiyinə görə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov tərəfindən sertifikatla təltif olunmuşdur. Bu münasibətlə məzunumuzu təbrik eidr və ona gələcək tədrisində və işlərində uğurlar arzulayırıq. Qasımova Dinarə Almədət qızı 2019-cu ildə 620 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.

HAQQIMIZDA

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Turanə Əhmədova İlqar

Vüsal Orucov Əkbər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi