Nailiyyətlərimiz

Şagirdimiz onlayn müsabiqədə birinci olduZaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Olimpiya günü” münasibətilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində məktəblilər arasında keçirilən “Evdə idman və bədii qiraət” onlayn müsabiqəsində birinci yer tutduğuna görə Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən diplomla təltif edilmişdir. Bu münasibətlə Fatimə Əliyevanı səmimi qəbdən təbrik edirik və ona gələcək müsabiqələrdə yeni – yeni uğurlar arzulayırıq.

3 a sinif şagirdləri qalib oldu30.09.2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3 a sinif şagirdləri 17 nömrəli məktəbin 3 - cü sinif şagirdləri ilə komanda şəklində yarışıblar. Yarışda 171 nömrəli məktəbin şagirdləri rəqib komandaya 6: 1 hesabı ilə qalib gəliblər.

Kimya müəllimi sertifikat aldıAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilib. Layihə iştirakçılarına fizika üzrə fəlsəfə doktoru, "Sabahın alimləri" Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov təlimlər keçib. Təlimlərdə məktəbimizin "Kiçik Akademiya" rəhbəri İradə Nuriyeva da iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətini daha da gücləndirmək, "Kiçik Akademiya" rəhbərlərini düzgün təlimatlandırmaq, Bakı şəhəri üzrə "Kiçik Akademiya" rəhbərləri arasında əməkdaşlıq yaratmaq, şagirdlərdə "Kiçik Akademiya"lara üzv olmağa maraq yaratmaq, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdi. "Kiçik Akademiya" yaradıcılığı və elmi potensialı ilə seçilən şagirdlərin könüllü birliyidir.

HAQQIMIZDA

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Sevinc Cəbrayılzadə Cəmil-Cahid

DİLBƏR ATAYEVA MEHMAN

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi