Son günlər cəbhədə baş verən gərginliklə əlaqədar olaraq məktəbimizdə "İşğalçı Ermənistanı bütün dünyada birgə ifşa edək!" adlı tədbir keçirildi. Tədbirdə döyüşlərdə qəhrəmancasına Şəhid olan Azərbaycanın mərd oğullarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. Xeberal.az-ın iştirak etdiyi tədbirdə məktəb şagirdləri vətənpərvər mahnı və şeirlərlə bədii kompozissiyada çıxış etdilər. Şagirdlərimiz böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın rəhbərliyi sayəsində qələbəyə inandıqlarını qeyd etdilər. Tədbirimizin sonunda " Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiya ilə bağlı müraciət qəbul olunmuşdu.