“Ailəm və Məktəbim – Uğurlu Gələcəyin Təməli” layihəsi

“Ailəm və Məktəbim – Uğurlu Gələcəyin Təməli” layihəsinin ilk fəaliyyəti həyata keçirildi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2025-ci il tarixli 3-29-59/3-2-192F nömrəli əmrinə əsasən, məktəbdə “Ailəm və Məktəbim – Uğurlu Gələcəyin Təməli” adlı maarifləndirici layihəyə start verilib. Layihənin fəaliyyət planına uyğun olaraq ilk mərhələ – “Valideynin məktəbdə bir günü” baş tutub.
Bu fəaliyyət çərçivəsində ibtidai sinif valideynləri dərs prosesini yaxından izləyib, məktəbin gündəlik tədris mühiti ilə tanış olublar. Eyni zamanda məktəbdə qurulan sorğu və təkliflər qutusu vasitəsilə öz fikir və təkliflərini bölüşmək imkanı əldə ediblər.