" Buraxılış imtahanı fənn müəllimləri ilə görüş"

15 aprel 2025-ci il tarixində məktəbdə buraxılış imtahanı fənn müəllimləri ilə görüş keçirilmişdir.
Görüşdə məktəb rəhbərliyi – direktor Aslanova Ülviyyə və təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Musayeva buraxılış imtahanı fənn müəllimləri ilə bir araya gəlmişdir.
İclas zamanı buraxılış imtahanlarının nəticələri təhlil edilmiş, hazırkı vəziyyət dəyərləndirilmiş və həm cari il, həm də qarşıdakı növbəti üç il üçün hədəflər müəyyən edilmişdir.
Müzakirələr çərçivəsində hədəflərə çatmaq üçün atılacaq addımlar, tətbiq olunacaq tədris strategiyaları, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər planlaşdırılmışdır.
Fənn müəllimlərinə müvafiq tapşırıqlar verildi və görüləcək işlər üzrə planlar hazırlandı. Gələcək illərdə uğurlu nəticələr əldə etmək üçün bu işlərin gedişinə mütəmadi nəzarət olunacağı qeyd edildi.