''Bullinq" mövzusunda seminar

Yanvarın 22-də məktəbdə ''Bullinq" mövzusunda növbəti seminar keçirildi.
Çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə biləcəklərini düşürlər. Amma bu belə deyil. Müdaxilə etməyin mənasız olduğunu hesab edərək sonda intihar baş verdiyini görürlər. Bu kimi halların qarşısını necə almaq olar? Bunlar bullinqə məruz qalaraq qapalı həyat tərzi keçirən, heç kimə qaynayıb-qarışmayan, dərslərində geriləyən və intihar edən uşaqların taleyinə ciddi təsir göstərmirmi?
Bütün bunları analiz etmək və müəyyən həlli yollarını göstərmək məqsədilə məktəbimizin psixoloqu Xəyalə Mürsəlova, UBR Sevinc Əmiraslanova 7-8 ci sinif şagirdlərinə bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında seminar keçirdi, izahlar verdilər. Daha sonra isə seminarda bullinqin qarşısının alınması məqsədilə sorğu keçirildi, rəsm sərgisi təşkil ed
ildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi