"Dəyirmi masa"

16 aprel tarixində " Şərq dünyasının M. Füzuli zirvəsi" adlı ədəbi - bədii dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru Ülviyyə Aslanova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Lamiyə Vəliyeva, fənn müəllimi Zahidə, Əzizova, kitabxana müdiri Zərifə Cəfərova , Solmaz Cəbrayılova və 8, 10-11-ci sinif şagirdləri iştirak etdilər. Tədbiri ön sözlə açan Ülviyyə Aslanova M. Füzuli şəxsiyyəti və bədii irsi barədə danışaraq şairin Azərbaycan ədəbiyyatında əvəzolunmaz mövqeyi barədə məlumat verdi. Şagirdlərdən Hüseynova Turac, Abdurazakova Nərgiz şairin həyat və yaradıcılığı barədə məlumat verdilər. Mehdili Mədinə M. Füzulinin "Şəbi - hicran", İbrahimova Arzumələk "Söz" qəzəlini dedilər. Dəyirmi masa müəllimlərlə şagirdlərin M. Füzuli yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poemasının, "Söz" qəzəlinin qarşılıqlı təhlili ilə davam etdi. Hazırlanmış materiallar müzakirə olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi