Nailiyyətlərimiz

ŞAGİRDİMİZİN İDMAN UĞURU20 fevralda Azərbaycan Velosiped idman Federasiyasınin təşkilatçılığı ilə“Şose velosipedi” idman növü üzrə Azərbaycan Kuboku uğrunda turniri keçirildi.Turnirdə müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edirdi.17yaşadək qızlar arasında mübarizədə 17 nömrəli tam orta məktəbin 9 “Ç”sinif şagirdi Əbdürəhmanova İradə fərdi qrup ötüşməsində I yerə layiq görüldüyünə görə diplom və medalla təltif edildi. Məktəbin müdiriyyəti yarışdakı uğurlarına görə İradəni təbrik edir və ona gələcəkdə uğurlar arzulayır.

,,VELOSIPED”İDMAN YARIŞINDA MƏKTƏB KOMANDASININ NÖVBƏTI UĞURLU ÇIXIŞI28 fevralda Xətai rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə rayon ümümtəhsil məktəblərinin komandaları arasında,,05 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ,,Velosiped” idman yarışı keçirildi.Məktəb komandası bu idman yarışlarında uğurla çıxış edərək II yerə layiq görüldü.Bu turnirdə məktəb komandası öz fəal iştirakı ilə yadda qaldı və komanda üzvləri diplomlarla təltif edildi.Məktəbin direktoru Nazilə Əliyeva məktəbin komandası ilə görüşərək onları təbrik etdi və gələcəkdə daha böyük uğurlar qazanmağı arzuladı.

Müəllimimizin uğuruBakı şəhər rayon məktəblərinin idman müəllimlərindən təşkil edilmiş komandaları arasında ayrı-ayrı idman növləri üzrə idman yarışları keçirilmişdir. Məktəbin idman müəllimi Naidə İsakova Xətai rayon komandasının tərkibində ,,Voleybol” idman növü üzrə Bakı şəhər rayon məktəbləri arasında II yerə layiq görülərək diplom ilə təltif edilmişdir

HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəb 1979 - cu ildən fəaliyyət göstərir. Açıldığı ilk 10 il ərzində sırf rus bölməsi kimi fəaliyyətə başlayan məktəbdə 1990 - cı ildən Azərbaycan bölməsi də fəaliyyət göstərməyə b...

BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əliyeva Rahil

Vaqif Qurbanov Akif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi