MƏKTƏBDƏ 21 FEVRAL- BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ AÇIQ DƏRS KEÇİRİLDİ

  21 fevralda məktəbdə 8 “Esinif şagirdlərinin iştirakı ilə ədəbiyyat müəllimi Atlas Hüseynova tərəfindən ,,Beynəlxalq Ana dili gününə həsr olunmuş açıq dərs təşkil edildi.Atlas müəllim dərs zamanı şagirdlərə zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dilinin şərəfli inkişaf yolu keçərək, dünya dilləri sırasına nüfuz etməsindən söz açılmış, ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində görülən işlər barədə məlumat verilmişdir.Sonra şagirdlər Azərbaycan dilinə həsr olunmuş şeirlər, aforizmlər söyləmişlər və hazırladıqları rəsmləri nümayiş etdirdilər.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi