,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ ,,İNTELLEKTUAL” OYUN TƏŞKİL EDİLDİ

  Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyindən daxil olmuş 18.04.2023-cü il 3-29-59/3-2-170F N:li ,,Ailəm və məktəbim” layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların ailə- məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində,qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdir.Bununla bağlı, 28 dekabrda ,,Ailəm və məktəbim” layihəsinin IV günündə IX,X və XI sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə intellektual oyun keçirildi. Bu oyunda 6 komanda iştirak edirdi.Sinif müəllimləri Könül Səfərova,Rəhilə Quliyeva və Xəyalə Cəfərovanın rəhbərliyi ilə təşkil edilən tədbirdə məktəbin müdiriyyəti,valideynlər və şagirdlər iştirak edirdilər.Gərgin oyun şəraitində keçirilən bu yarışda yekun nəticədə 1N:li  masa arxasında oturan komanda I yerə layiq görülərək diplomlar və o biri komandalar isə ,,Təşəkkürnamə” ilə təltif edildilər.Bu oyun şagirdlər və valideynlər tərəfindən çox maraqla qarşılandı.,,Ailəm və məktəbim” layihəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi