MƏKTƏB ŞAGİRDLƏRİ SAF-2023 BEYNƏLXALQ STEAM FESTİVALINDA İŞTİRAK ETDİLƏR

   Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4-8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirildi. Beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçirilirdi. Festivalın final mərhələsində 11 ölkə təmsil olunur. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışırdı. SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edirdi.SAF STEAM Beynəlxalq Festivalınının III günündə 6a, 6b siniflərinin şagirdləri və həmin siniflərin STEAM müəllimİ Ağayeva Elmira iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi